Xidmətlər

Keyfiyyət - Tərzimizdir!

Komandamız hərtərəfli xidmətlər göstərir. Müsbət reputasiyamızla müştərilərimizin etibar və rəğbətini qazana bilmişik. Bu, göstərilən geniş xidmətlər çeşidi, eləcə də bu xidmətlərin yüksək keyfiyyəti ilə əlaqədardır.

Sinxron tərcümə

Tərcümə eyni anda və nitqə paralel şəkildə aparılarsa, “sinxron tərcümə” termini işlədilir. Başqa sözlə, ismarış natiq danışarkən çatdırılır, yəni məxəz nitq və tərcümə bir-birini izləyir

Ardıcıl tərcümə

Natiq nitqinə davam etməmişdən əvvəl onun hədəf dildə çatdırılması məqsədilə sözü tərcüməçiyə vermək üçün fasilə etdikdə ardıcıl tərcümə prosesi baş verir. Sinxron tərcümədən fərqli olaraq, ardıcıl tərcümə hər hansı xüsusi avadanlıq tələb etmir

Yazılı tərcümə

Yazılı tərcüməçilər komandası olaraq biz danışıqlarla müəyyənləşdirilən rəqabətcil şərtlər əsasında müxtəlif sahələr üzrə korrektə və redaktə də daxil olmaqla, geniş tərcümə xidmətləri təklif edirik

Ekstra xidmətlər

Stajkeçmə, poliqrafiya xidmətləri, tədbirlərin təşkili, sinxron tərcümə avadanlıqlarının, proyektor və ekranların icarəsi, hava limanında qarşılama, ekskursiya və bələdçi xidməti

“Interpreter”-in müştəriləri arasında dövlət müəssisələri, kiçik, orta və iri sahibkarlıq müəssisələri, fiziki şəxslər öz yerlərini alır. Şirkətin fəaliyyəti tərcümə xidmətləri, eləcə də əlaqəli xidmətlərin göstərilməsinə yönəlmişdir.

Əsas fəaliyyət sahələri:

· yazılı tərcümə xidmətləri (müxtəlif mövzulu materiallar, şəxsi sənədlər, texniki mətnlər və s.);

· şifahi tərcümə xidmətləri (sinxron və ardıcıl tərcümə);

· saytların tərcüməsi;

· sənədlərin yazılı tərcüməsi (texniki, hüquqi əhəmiyyətli və s.);

· tərcümənin notarial qaydada təsdiqi;

· apostilin verilməsi;

Ekstra xidmətlər:

Tədbirlərin təşkili

Sizin üçün tədbiri “açar təslim” təşkil edirik və inzibati məsələləri öz üzərimizə götürürük.

Proyektor və ekranların icarəsi

Mühüm bir tədbir üçün yüksək keyfiyyətli proyektora ehtiyacınız var? Bizdən icarəyə götürə bilərsiniz!

Tədbirlərdə Mi-Fi və eləcə də Wi-Fi Internet xidməti

Hava limanından transfer

Sizi hava limanında qarşılayırıq və destinasiyanıza vaxtında çatmağınıza təminat veririk!

Tərcümə avadanlıqlarının icarəsi

Həmçinin sinxron tərcümə üçün xüsusi avadanlıqlarımızı da icarəyə götürə bilərsiniz.

Şəhər gəzintisi və müşayiət xidmətləri

Öz dilinizdə danışan qid və ya bələdçiyə ehtiyacınız var? Biz sizə kömək edəcəyik!

Dünyanın bütün dillərində danışırıq!

Sürətli xidmət

Əvvəl söz yaranmışdır... və dərhal sonra onun tərcüməsinə ehtiyac duyulur.

Bütün dillərdən tərcümə

Ən yaxşısının axtarışında olun

Keyfiyyətli iş

Keyfiyyət. Vaxtında. Məxfilik. Ünsiyyət azadlığını hiss edin!

Быстро и качественно выполненная работа. Спасибо специалистам Interpreter

AKQQF - Abbasov Abbas